Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib

Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan mağazada elektrik tənzimləyici qurğu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Kür qəsəbəsində ümumi sahəsi 20 m² olan qarajın taxtadan ibarət tavanı 16 m² sahədə, içərisində olan "BMW" markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan mağazada 4 ədəd vitrin soyuducusu və içərisindəki ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 224 m² olan ikimərtəbəli evin mətbəxinin lambirindən ibarət tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az