Respublikamızın bəzi rayonlarında yanğınlar olub

Respublikamızın bəzi rayonlarında yanğınlar olub

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunda ferma ərazisində 40 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Hacalıkənd kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 0,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Xanlar kəndində 8 ton ot bağlamasının 5 tonu və yaxınlıqdakı ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Ot bağlamalarının, tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərində 30 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Naftalan şəhərində ümumi sahəsi 1200 m² olan üçmərtəbəli məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az