Adriatik dənizi sahilində başlayan güclü qasırğa İtaliyanın bir neçə regionunda güclü fəsadlara yol açıb.
Ölkənin Abruçço regionunda yerləşən Peskara əyalətinə dolu yağıb, Ravenna şəhəri yaxınlığında isə 200 tarixi şam ağacı məhv olub. Romanya, Marke, Abruçço regionlarının bir çox sahillərində meydana gələn daşqınlardan sonra xeyli sayda insan zərər çəkib.
Bildirilir ki, yağan dolu avtomobillərə xəsarət yetirib, həmçinin Abruççonun sahilində yerləşən istirahət mərkəzinin damını qırıb. Daha sonra dolunun ardından güclü leysan yağışlarının yağması ilə Peskara şəhərinin küçələri su altında qalıb.
Abruçço regionun Peskara kommunasında azı 18 nəfər yağan dolu nəticəsində xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb.Azərtac
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































