ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Oğuzda antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus "Tansu" şadlıq sarayında monitorinq keçirilib.
Agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcədə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədə həyata keçirilir.