ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Avropa çempionu olan gimnastımız intihar edib.
Mediainfo.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.