ABŞ-ın Florida ştatında yerləşən kosmodromda milyarder İlon Maska məxsus olan "SpaceX" şirkətinin "Starship" kosmik gəmisinin prototipinin sınaq uçuşunun keçirildiyi meydançada yansın baş verib.
Bu barədə məlumatı "SpaceX" şirkətinin mətbuat xidməti yayıb. Yanğın kosmik gəminin Koko şəhərində yerləşən prototiplərinin sınaqlarının aparıldığı meydançada başlayıb. Şirkətin mətbuat katibi Ceyms Qlison bildirib ki, yanğın o qədər də böyük olmayıb və yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində tez bir zamanda söndürülüb. O əlavə edib ki, insident nəticəsində xəsarət alan olmayıb, lakin şirkətə dəyən zərərin məbləği 100 min dollardır. Qlison qeyd edib ki, yanğının elektrik avadanlıqlarındakı qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.
"SpaceX" şirkətinin "Starship" kosmik gəmisi super-ağır raketdaşıyıcısının yuxarı pilləsidir və Marsa göndərilmək üçün nəzərdə tutulur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































