Rusiya müdafiə naziri Sergey Şoyqu 14 heyət üzvünün həlak olduğu sualtı qayıqda baş vermiş yanğından danışıb.
Xüsusi məxfilik daşıyan sualtı qayıqda baş vermiş yanğının səbəbləri haqda Rusiya Prezidenti Vladimir Putinə məlumat verən müdafiə naziri deyib ki, səbəb batareya bölümünün alışması və daha sonra ətrafa yayılmasıdır.
Sualtı qayıqda nüvə enerjisi blokunun yanğından ziyan görmədiyini vurğulayan general əlavə edib ki, nüvə enerjisi bloku tamamilə izolyasiya vəziyyətində olur: "Bundan başqa, heyəti gəmini qorumaq üçün bütün lazımi addımları atıb. Gəmi fəaliyyət göstərəcək durumdadır".
Prezident Putin isə müdafiə nazirinə gəminin heyətini təltif etmək haqda təlimat verib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































