Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Londonda intihara cəhd edib.
"Moskovskiy Komsomolets" xəbər verir ki, Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev İngiltərə paytaxtında hotellərin birində həyatına qəsdə cəhd edib.
Hadisəni görən ətrafdakı insanlar polis çağırıblar. Aysultan isə onu xilas etmək istəyən polislərə müqavimət göstərərək, onlardan birini dişləyib.
Bununla əlaqədar, Londonun Sautuark bölgəsi Kral məhkəməsində cinayət işi açılıb.
Qeyd edək ki, Londonda təhsil almış Aysultan Nazarbayev bir müddət futbol oynayıb. O, Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti də olub.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































