Sabunçu və Abşeronda yanğın olub
Mediainfo.az-ın verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunda ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlə və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































