“Sədərək”də mağazalar bağlandı

“Sədərək”də mağazalar bağlandı

"Sədərək" Ticarət Mərkəzində sahibkarlar rəhbərliyə etiraz olaraq bu gün işə çıxmayıblar.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Etiraza səbəb rəhbərliyin icarə haqqını artırması və vergi tətbiq edilməsidir. Məlumata görə, dükan sahiblərindən mallarının siyahıya alınaraq bazara təqdim edilməsi istənilib.

Bildirilib ki, bazara nəzarət edən şəxslər mağazasını açmayan sahibkarlara hədə-qorxu gəlib və mallarının dükandan çıxarılacağını deyiblər.

Hazırda "Şirniyyat" bölməsində olan bir sıra dükanlar açılıb. Lakin təsərrüfat bazarı tamamilə bağlıdır. Mağaza sahibləri baş verənləri telefon vasitəsilə lentə almağa çalışsalar da, nəzarətçilər buna imkan verməyib.

"Şirniyyat" bölməsində dükan sahibi olan Elməddin Mirzəyev bildirib ki, o da özünə məxsus bir neçə mağazanı bu gün açmayıb.

Təsərrüfat malları satışı ilə məşğul olan Fərid Nəsibov isə deyib ki, ticarət mərkəzində artıq əvvəlki kimi alver olmadığına görə yerhaqqının qaldırılması onlara sərf etmir:

"Burada indi nə alver var ki, vergi qoyulur, icarə artırılır?! Təsərrüfat bazarı indi tamamilə bağlıdır. Səhərdən heç kəs dükanını açmayıb".

Vaxtilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan Kamran Zeynalov isə bildirib ki, belə məqamlarda rəhbərlik özü kənarda dayanaraq, mühafizəçilərlə dükan sahiblərini üz-üzə qoyur:

"Mən hazırda "Sədərəy"in mühafizə xidmətindən ayrılmışam. Yaxşı ki, vaxtında oradan ayrılmışam. Belə məqamlarda rəhbərlik həmişə kənarda dayanırdı, mühafizə xidmətinin işçiləri ilə sahibkarları üz-üzə qoyurdu".

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzindən heç bir səlahiyyətli məsələ ilə bağlı suallarımızı cavablandırmadı.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az