ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Hacıqabulda avtomobil qəzası baş verib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Pirsaat qəsəbəsi ərazisində qeydə alınıb.
Minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanın Şirvan şəhər sakini, Nicat Kərimli olduğu bildirilir. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılılb. Həkimlərin sözlərinə görə, yaralının vəziiyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.