Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99 HK 779 dövlət qeydiyyat nişanlı "Hunday" markalı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 58-60 yaşlı, şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan daha 3 nəfər, Bakı şəhər sakinləri: bir ailənin üzvləri - 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































