Uşaq Fondu (UNICEF) Yəməndə hamiləlik müddətində və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpənin öldüyünü açıqlayıb.
UNİCEF-in yazılı hesabatına görə, buna səbəb ölkədə illərdir davam edən vətəndaş müharibəsidir. Bildirilir ki, müharibə hamilə qadınların və körpələrin fiziki cəhətdən zəifləməsinə, bu isə öz növbəsində ölüm hallarının atmasına səbəb olub. Onlar əhalinin ən zəif sosial qrupudur.
Məlumata görə, Yəmən müharibə səbəbindən regionun ən yoxsul ölkələrindən birinə çevrilib: "Ölkədə hamiləlik və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpə ölür. Yəməndə yoxsulluq üzündən evlərdəki doğuş halları artıb. Ölkədəki səhiyyə müəssisələrinin yüzdə əlli biri tam gücü ilə fəaliyyət göstərir". Bildirilir ki, həmin müəssisələrdə də tibbi personal kifayət qədər deyil.
Qeyd edək ki, artıq bir neçə ildir Yəmədə husilərlə hökumət qüvvələri arasında döyüşlər səngimir. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































