Qəbirstanlığın 3 tərəfi göllə əhatələnib. Buna baxmayaraq insanlar həmin göldən balıq tuturlar. Söhbət Pirşağı-Bilgəh yolunun kənarındakı göldən gedir. Qida ekspertləri bunun olduqca təhlükəli olması qənaətindədir. Məsələyə Qida Təhlükəsizliyi Agentliyi də münasibət bildirib.
Onlarla insan göldən balıq tuturlar
Baxmayaraq ki, gölün bir addımlığında qəbirstanlıq var. Gölün bir tərəfi qurudulmağa çalışıldığından, su qəbirstanlıq tərəfə meyl edib
Bura Paytaxtın Sabunçu rayonu, Pirşağı-Bilgəh avtomobil yolunun kənarıdı. Hər gün onlarla insan Kürdəxanı gölü kimi tanınan bu hissədən balıq tutaraq yeyirlər.
Məlum oldu ki, həmin gölün əvvəllər Xəzər dənizinə birbaşa çıxışı olub. ancaq sonradan onun qarşısı bağlanıb.
Qida ekspertləri isə həyəcan təlbili çalır. Ekspert İsa Vəliyev deyir ki, həmin göldən balığı tutub yemək məsələhət deyil. Çünkü sözügedən göldə sanitar-gihyenik qaydalara əməl edilmir. Göldəki balıqların qidaları əsasən tullantılardı. Belə balıqları tutub yemək insan səhhəti üçün ciddi fəsadlar yarada bilər. Buna görə də, oradan balıq tutub yemək tövsiyyə edilmir.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, antisanitar vəziyyətdə yetişən balığı istehlak etmək qadağandır. Sözügedən balıqların istehlaka yararlı olub-olmaması ilə bağlı araşdırma aparılacaq. Qurumdan o da bildirildi ki, vətəndaşlarda balıq və balıq məhsulu ilə bağlı hər hansı şübhə yaranarsa, agentliyin 1003 qaynar xəttinə məlumat versinlər
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































