ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
İçərisində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun olduğu helikopter Borusan hava limanına məcburi eniş edib.
Ramazan bayramı tətilləri ilə bağlı Balıkesir və Bursa ərazilərindəki şoselərdə nəqliyyatın hərəkətini yoxlayan nazir İstanbula qayıdarkən helikopterdə problemlər yaranıb. Əlverişsiz hava şəraiti helikopterin məcburi enişinə səbəb olub. Nazir İstanbula avtomobillə qayıtmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Ramazan bayramı tətilləri ilə bağlı Türkiyənin bütün şoselərində böyük tıxaclar yaranıb. Hava şəraitinin pisləşməsi qəzaların daha da artmasına səbəb olub.Azərtac