ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində "LADA" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, nəticədə "Lada"nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Qəza yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.