Ukraynada Jukovun heykəlini yıxıblar

Ukraynada Jukovun heykəlini yıxıblar

Ukraynanın Xarkov şəhərindəki prospektlərdən birinə yenidən marşal Jukovun adının verilməsinə hazırlıq getməsi vətənpərvər güclərin etirazına səbəb olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, aksiya iştirakçıları etiraz aksiyası zamanı Georgi Jukovun heykəlini yıxıblar.

Aksiyaçı iştirakçıları bildiriblər ki, yenidən prospektlərin birinə Jukovun adının verilməsinə imkan verməyəcəklər. Onlar belə hesab edirlər ki, bütün bunlar Ukraynada qəbul edilən dekommunizm haqqında qanunun tələblərinin pozulması deməkdir. Etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib. Nəticədə bəzi aksiya iştirakçıları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onu da deyək ki, etiraz aksiyalarına səbəb bir neçə gün öncə Xarkov şəhər merinin prospektlərdən birinə yenidən marşal Jukovun adının veriləcəyini bəyan etməsi olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az