Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Mi-8 vertolyotunun təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Bu məlumat Quru Qoşunlarının "Facebook" səhifəsində yer alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda vertolyotda ekipajın 4 üzvünün komandirlə birlikdə həlak olduğu bildirilir. Hadisə mayın 29-da gecədən xeyli keçmiş baş verib. Vertolyot Rivne vilayətinin Sestryatin kəndi yaxınlığında qəzaya uğrayıb. Hazırda orada xilasetmə xidməti və hüquq mühafizə orqanlarının nümayəndələri işləyir. Həmçinin Müdafiə Nazirliyinin, Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığının komissiyası hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































