ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Azərbaycanın Şimal-Qərb rayonları təbii fəlakətin ağır fəsadlarına qalmaqda davam edirlər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, dünən axşamdan başlayaraq Qax rayonuna güclü yağış və dolu yağıb. Dolu rayonun bir-sıra kəndlərinə, o cümlədən İlisu, Sarıbaş və ləkit-Kötüklü kəndlərində təsərrüfatlara güclü zərər vurub. Leysan yağışı nəticəsində kənddaxili yolların üst qatını yağış suları yuyub. Son məlumatlara görə, rayon ərazisındən axan çaylarda daşqınlar baş verib və bəzi yerlərdə əkin sahələri su altında qalıb. Hazırda rayona yağış yağmaqda davam edir.