Yunanıstanda hər gün bir uşaq itkin düşür

Yunanıstanda hər gün  bir uşaq itkin düşür

Yunanıstanın Daxili İşlər Nazirliyinin rəsmisi Nikolaos Zervakakos itkin düşmüş uşaqlarla bağlı beynəlxalq günə həsr edilən konfransda bildirib ki, Yunanıstanda, demək olar, hər gün bir uşaq itkin düşür. O qeyd edib ki, 2018-ci ildə 299 uşaq itkin düşüb. Onlardan 123-u oğlan, 176-sı qız olub. Oğlanlardan 96-sı, qızlardan isə 161-i tapılıb. Yunanıstanda uşaqların itməsi Avropa üzrə ən yüksək, dünyada isə öndə olan göstəricidir. Əsasən ölkədə 13-18 yaş arasında olan gənclər itkin düşür. Nazirliyin rəsmisi valideynləri hadisə baş verən kimi polislə əlaqə saxlamağa çağırıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az