ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub.
Bunu "Report"un Şimal bürosuna Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov deyib.
Ş.Fərəməzov bildirib ki, "şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb".
Onun sözlərinə görə, güclü küləyin təsirindən rayonda irigövdəli ağaclar minik avtomobillərinin üzərinə aşıb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.