Mayın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru, professor Elmar Qasımov bu günün bütün oftalmoloqlar üçün əlamətdar olduğunu deyib. E.Qasımov 10 il ərzində mərkəzin əldə etdiyi uğurlardan danışıb: "Mərkəz fəaliyyətə başladığı 10 il ərzində stasionar pasiyentlərin sayı 90 224 nəfər olub. Bu müddətdə 82 min 468 cərrahiyyə əməliyyatı aparılıb, mərkəzdə 1 milyon 710 nəfər ambulator müayinə edilib.
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasında 22 min 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxını üzərində cərrahiyyə əməliyyatı aparılıb. 10 illiyini qeyd edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Yaxın vaxtlarda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialı da fəaliyyətə başlayacaq".
Azərbaycanda yüksəkixtisaslı gənc oftalmoloqların hazırlandığını və oftalmologiya elminin sürətlə inkişaf etdiyini deyən mərkəzin direktoru bu sahənin inkişafında akademik Zərifə Əliyevanın rolunu xüsusi qeyd edib.
Sonra mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, müxtəlif mövzularda məruzələr dinlənilib.
Tədbirdə yerli mütəxəssislərlə yanaşı, xarici oftalmoloqlar da iştirak ediblər.
Konfransın məqsədi oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarət idi. Azərtac
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































