Son araşdırmalar nəticəsində məlum olub ki, dəniz suyunun səviyyəsi 2100-cü ilə qədər 2 metrədək artacaq.
Alimlərin qənaətinə görə, Grenlandiya, Qərbi və Şərqi Antarktidada gedən proseslər belə davam edərsə, dəniz suyunun səviyyəsinin 2100-cü ilə qədər 62 santimetr ilə 2 metr 38 santimetr arasında arta bilər.
Məlumata görə, planetimizdə istiliyin 5 dərəcə artması ilə belə bir vəziyyət müşahidə ediləcək.
BBC-nin xəbərinə görə isə Bristol Universitetinin professoru Conatan Bamber mövzu ilə əlaqədar açıqlama verərək bildirib ki, buz təbəqəsinin əriməsi nəticəsində 2100-cü ilədək dəniz suyunun səviyyəsinin 7 santimetrlə 1 metr 78 santimetr aralığında olması gözlənilir. O, nəhəng buz təbəqələrinin xaricindəki qatların da əriməsi nəticəsində bu rəqəmin 2 metrə yüksəlməsini istisna etməyib.
Belə olan halda milyonlarla insanın yaşadıqları yerləri tərk edəcəkləri ehtimal edilir.
Tədqiqatçıların fikrincə, belə bir vəziyyət baş verərsə, dünyanın 1,79 milyon kvadrat kilometr ərazisi, təxminən Liviya səhrası böyüklüyündə ərazi su altında qalacaq.
Ehtimallara görə, bu proses daha çox Nil çayının deltası ərazisindəki məntəqələri, Banqladeşi, eləcə də London, Nyu-York və Şanxay kimi şəhərləri əhatə edəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































