Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.
Bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: "Odunluq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır".
Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.
Ölkə ərazisində müşahidə edilən güclü külək Ağsu rayonunda da bəzi fəsadlar törədib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, külək rayon ərazisində iri gövdəli ağacı yaşayış binasının üstünə aşırıb. Hadisə nəticəsində binanın dam örtüyünə ziyan dəyib. Rayon ərazisində bir neçə köhnə tikili olan fərdi yaşayış evlərinin dam örtüyünə də qismən ziyan vurub:
"Hadisə nəticəsində bir neçə kəndin elektrik enerjisi xətlərində qırılmalar olduğundan elektrik enerjisində fasilələr yaranmışdı. Artıq "Azərişıq" ASC-nin canlı qüvvə və texnikaları həmin ərazilərdə yaranmış problemi aradan qaldırıb və bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































