Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilməsi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, bir müddət əvvəl "Bank Of Baku" ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var.
Publika.az xəbəri dəqiqləşdirmək üçün sənətçi ilə əlaqə saxlayıb. Xalq artisti əvvəlcə bu barədə danışmaq istəmədiyini desə də, sonradan xəbəri təkzib edib.
"30 ildir səhnədəyəm, belə bir şey görməmişəm. Əlbəttə ki, boş söhbətlərdir, yalan xəbərdir, yanından keçməyin. Bu barədə yazmağa və danışmağa ehtiyac görmürəm".
Bankın müraciəti ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































