Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.
Bu barədə Almaniyanın Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Hökumət təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətlərin nəqliyyat vasitəsi dayanacaqda olan "Global 5000" laynerinə çırpılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu hadisə səbəbindən kansler təyyarəsini dəyişmək və Dortmunddan Almaniya Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb.
Hadisə sürücünün avtomobili əl əyləcinə qoymadan tərk etməsi səbəbindən baş verib. Qəza zamanı Merkel təyyarənin salonunda olmayıb.Report
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































