Türkiyənin Dənizli bölgəsində zəlzələdən sonra yaranan yarıqlardan axan zəhərli su insanları təşvişə salıb.
Zəhərli su Pamukkale rayonunun Pinarkənd məhəlləsində yerləşən fabriklərin olduğu beş ayrı bölgədən axmağa başlayıb.
İddiaya görə, tekstil fabrikinin bağçasında 5,5 bal gücündəki zəlzədən sonra yarıqlar meydana gəlib və oradan zəhərli su axır.
Tünd rəngli suyun kəskin qoxusu insanları narahat etməyə başlayıb. Əhali suyun haradan gəldiyini bilmir.
Kənd sakinlərindən biri "Su 2 aydır bu formada axır. Bir çox yerə müraciət etmişik. Ancaq kimsə bu vəziyyətlə gəlib maraqlanmır. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik. Suyun axdığı yerin ətrafındakı bağçalar quruyub. Hər kəs qoxudan narahat olur"-deyə kömək istəyib.
(mətbuat.az)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































