Bakının bir neçə rayonunda itdişləmə hadisəsi qeydə alınıb.
Zərərçəkmişlərdən biri uşaqdır.
Paytaxtın Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında ev iti sahibinin 7 yaşlı oğlu Vüsal Məmmədlinin sol əl nahiyəsindən dişləyib.
Uşaq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və ambulator müalicəyə buraxılıb.
Daha bir analoji hadisə 1954-cü il təvəllüdlü Mövsümov Asif Əli oğlunun başına gəlib. Onu Nizami rayonu, Koroğlu Rəhimov küçəsində it dişləyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Başqa bir hadisə isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində olub. 1990-cı il təvəllüdlü Qurbanov Tural Ələkbər oğlu küçə itlərinin hücumuna məruz qalıb. T.Qurbanov sağ baldırın çoxsaylı dişlənmış yaraları ilə xəstəxanaya aparılıb (.teleqraf)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































