Bakıda üç nəfəri cərəyan vurub.
Hadisələrdən biri Sabunçu rayon Pirşağıda qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə 14-cü yarımstansiyada çalışan 37 yaşlı İlqar Məmmədov orada olan cihazın partlaması nəticəsində yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə zamanı daha bir nəfər dünyasını dəyişib. Onun kimliyi məlum olmayıb.
Səbail rayonunda da anoloji hadisə baş verib. Belə ki, Badamdarda yerləşən elektrik stansiyasında 48 yaşlı Vüqar Əsədovu da elektrik cərəyanı vurub. Həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. (report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































