Yaponiyada aprelin əvvəllərində Sakit okeanda qəzaya uğramış F-35A qırıcısının "qara qutu"sunun parçaları tapılıb.
Bu barədə mayın 7-də Yaponiyanın müdafiə naziri Takeşi İvaya məlumat verib.
Bildirilir ki, axtarış əməliyyatları zamanı aşkar edilən "qara qutu"nun parçalarında F-35A qırıcısının son uçuşu barədə məlumatlar yoxdur. Bununla yanaşı bildirilir ki, ki, "qara qutu"nun digər hissələrinin tapılması üçün axtarış əməliyyatları davam etdirilir.
Xatırladaq ki, Yaponiya özünümüdafiə qüvvələrinin F-35A qırıcısı aprelin 9-da Aomori prefekturasının Sakit okean sahillərində qəzaya uğramışdı. Təyyarə "Mitsubishi Heavy Industries" şirkətinin Yaponiyadakı zavodunda yığılmışdı. Bu, F-35A qırıcısı ilə baş verən birinci hadisədir.
F-35 qırıcıları "stels" texnologiyasından istifadə edən və nüvə silahı daşımağa qabil çoxməqsədli döyüş təyyarəsidir. ABŞ ilə birlikdə daha 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə onun hazırlanmasında iştirak edir. İsrail və Yaponiya da həmin təyyarələrin alıcısıdır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































