Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi – Azərbaycanda

Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi – Azərbaycanda

Azərbaycanda tələbə qız müəllimindən uşaq dünyaya gətirib.

Bu barədə ATV-də yayımlanan "Bizimləsən" verilişində məlumat verilib. Verilişə müraciət edən Zaur anası ilə görüşmək istədiyini bildirib.

Aparıcı Zaur Baxşəliyev həmin tələbənin adını açıqlamasa da, bir çox faktların üstünü açıb:

"1980-cı ildə tələbə qız Azərbaycanın şimal rayonlarından birindən Mingəçevirə mühasibatlıq üzrə oxumağa gəlib. Burada onun müəllimi ilə arasında münasibət yaranıb. Tələbə qız müəllimindən hamilə qalıb. Rayona qayıdan tələbə qız ailəsi tərəfindən Bakıya, əmisigilə göndərilir. O, Bakıda kirayə qaldığı evlərin birində 1981-ci ildə uşağı dünyaya gətirir. Həmin mənzil OMD-yə yaxın yerdə yerləşir. "Salyan kazarması"na yaxındır. Doğulan uşağı bir ailəyə verirlər. Həmin qadın uşağını övladlıq verdiyi ailəyə gedib gəlirmiş. 7 ildən sonra isə həmin ailə ilə əlaqəsi kəsilir, qadın rayona qayıdır, burada toyu olur. Hərbçi ilə evlənir. İndi də həmin şəxslə evlidir. Həmin qadının yaşama ehtimalı var. Mən istəyirəm ki, o efirə gəlsin və Zaur anasını tanısın".

///Unikal.org

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az