Pakistanda sərnişin avtobusuna silahlı hücum nəticəsində 14 nəfər öldürülüb.
Hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib. Polis araşdırmalara başlayıb. Baş nazir İmran Xan bu terror hadisəsini qınadığını bildirib, həlak olanların yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, aprelin 12-də Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində yerləşən bazarda kustar üsulla hazırlanmış partlayıcı qurğu işə salınıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 48 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında hərbçilər də var.(azərtac)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































