ABŞ Milli Meteoroloji Xidməti Texas, Oklahoma və Kanzas ştatlarının bəzi rayonlarında uzunsürən leysan yağışları və tornadonun ehtimalının artmasını elan edib. Bu gün və sabah ölkənin cənub-şərq hissəsində güclü qasırğa gözlənilir.
Sinoptiklər bu gün qasırğanın güclənərək Meksika körfəzi sahilləri boyunca şərqə doğru istiqamət götürəcəyini, Luiziana və Missisipidə dağıdıcı küləklərin əmələ gələcəyini proqnozlaşdırırlar. Uzunsürən yağışlar bu gün Corciya ştatının Atlanta rayonunda qəfil daşqınlara səbəb ola bilər.
Atlantik okeanı sahillərində rütubətin artması səbəbindən qasırğa sabahadək Virciniya, Merilend, Delaver və Floridaya yayıla bilər. Sərt hava şəraiti son günlər ABŞ-ın bir neçə ştatında faciəli nəticələrə gətirib çıxarıb. Güclü tufanlar ötən həftə azı 9 nəfərin həyatına son qoyub.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































