İspaniya polisi çoxdandır axtarışda olan polşalı milyoner Marek Falentanı həbs edib. Milyoner casusluqda və tanınmış siyasətçiləri gizlicə dinləməkdə ittiham olunur.
İddialara görə, məhz Marek Falentanın casusluqdakı səyləri nəticəsində liberallar 2015-ci ildəki seçkilərdə məğlub olmuşdular.
Farek Malenta bahalı restoranlarda xüsusi dinləmə sistemi yaradaraq orada yemək yeyən iş və siyasət adamlarının dinlənilməsi səbəbindən 2016-cı ildə Varşavada iki il yarım müddətə həbsə məhkum edilmişdi. Bu hadisə o zaman ciddi qalmaqallara səbəb olmuşdu. Məhz bu dinləmələrin nəticəsi olaraq, o zamankı xarici işlər nazirinin Polşa-ABŞ münasibətləri barədəki mənfi fikirləri mətbuatda dərc edilmişdi. Elə bu səbəbdən də o zamankı iqtidarın rəhbəri olan Baş nazir Donald Tusk mühafizəkarlarla mübarizədə uduzaraq hakimiyyətdən getmişdi.
İspan polisi axtarılan casusu Kulera şəhərindəki evində yaxalayıb. Həbs zamanı Falenta özünü evinin pəncərəsindən atmaqla təhdid edib, lakin sonra bu fikrindən vaz keçib.
Falentanın İspaniyaya nə zaman gəldiyi də sual altındadır. Polşa hüquq-mühafizə orqanları onun həbsinə sərəncam verib. (azərtac)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































