BMT Yer kürəsini böyük fəlakətlərin gözlədiyi barədə növbəti narahatlığını dilə gətirib.
BMT-nin baş katibi Antonio Quterreş Mozambikdə baş qaldıran "İdai" qasırğasının iqlim dəyişikliyinin dağıdıcı təsirlərini bir daha ortaya qoyduğunu deyib.
Baş katib jurnalistlərlə görüşündə "İdai"nin Afrika tarixində ən dəhşətli qasırğa olduğunu dilə gətirib.
Təbii fəlakət nəticəsində 700 nəfərin həlak olduğunu, yüzlərlə insanın itkin düşdüyünü qeyd edən Quterreş hadisədən 3 milyon insanın zərər gördüyünü və ölkə infrastrukturuna 1 milyard dollarlıq zərər vurulduğunu deyib: "Qasırğadan 1 milyon uşaq zərər gördü. Onların təcili humanitar yardıma ehtiyacları var. Beynəlxalq ictimaiyyətə 282 milyon dollarlıq yardım edilməsi üçün çağırış edirəm. "İdai" qasırğası bir təhlükə siqnalı idi. İqlim dəyişikliyinin səbəblərinin 80%-i G20 ölkələrindən gəlir. İqlim dəyişikliyi probleminin daha da dərinləşməməsi üçün məsuliyyət də böyük iqtisadiyyatı olan ölkələrin üzərinə düşür. Açıq danışaq, bu yarışda qalib gələ bilmirik".
Qeyd edək ki, Cənubi Afrika ölkələri - Mozambik, Zimbabve, Malavidə "İdai" qasırğasının törətdiyi fəlakət nəticəsində ölənlərin ruhuna hörmət olaraq 3 günlük matəm elan edilmişdi. (publika.az)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































