İranda təbii fəlakət nəticəsində baş verən daşqınlar 28-dən artıq şəhər və kəndin su altında qalmasına səbəb olub.
Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, daşqınlar nəticəsində 35-ə yaxın adam ölüb, 200 nəfərdən artıq adam isə yaralanıb. Su daşqınları öz növbəsində Qazaxıstan-Türkmənistan-İran beynəlxalq dəmiryolunun fəaliyyətini dayandırmasına səbəb olub. Tehran yaxınlığındakı Qan-Sulekanır avtomobil yolunun bir hissəsini su yuyaraq aparıb.Nəticədə yolda hərəkət dayanıb. Sinoptiklərin məlumatına görə, leysan yağışları hələ bir neçə gün davam edəcək.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































