Şəkidə avtobus qəzası nəticəsində yaralıların sayı 10 nəfərə çatıb

Şəkidə avtobus qəzası nəticəsində yaralıların sayı 10 nəfərə çatıb

Şəki rayonu ərazisində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu, "Mercedes" markalı mikroavtobusun Qax rayonundan olan 1987-ci il təvəllüdlü sürücüsü Əliyev Akşin Adil oğludur.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.


***

Şəki. 10 mart. REPORT.AZ/ Şəki şəhərində mikroavtobusun iştirakı ilə baş verən qəzada yaralananların adları məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yaralananların əkəsəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun sərnişinlərdir.

Yaralılar bunlardır:

Bakı sakini - 53 yaşlı İsa Bədrəddin oğlu Hacıyev

Cəlilabad rayon sakini - 26 yaşlı Fərid Zakir oğlu Səmədov ("Prado"nun sürücüsü)

Qax rayon sakini - 24 yaşlı Elməddin İsrafil oğlu İsrafilov

Qax rayon sakini - 36 yaşlı Tural Abdulla oğlu Babayev

Qax rayon sakini - 25 yaşlı Nailə Nəsib qızı Seyidova

Qax rayon sakini - 22 yaşlı Abdul Məcid oğlu Seydəliyev

Bakı sakini - 26 yaşlı Ülfət Qulam oğlu Məmmədli

Qax rayon sakini - 32 yaşlı Neyman Nəriman oğlu Nurməmmədov

Qax rayon sakini - 5 yaşlı Vüqar Emin oğlu Həzrətov

Şəki Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az