Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Həmin şəxslər aşağıdakılardır:
- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu
- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu
- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu
- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu
- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu
- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu
Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.ONA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































