Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb.
Fevralın 28-də Şepelyov Nikita Mixayloviç "qara ciyərin cırılması" və "böyrəyin qan sızması" diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriya şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompeksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub.
Daxil olmuş məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək foto şəkillər çəkilib, hadisə şahidlərinin izahatları alınıb. Məhkəmə-tibb, məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizaları təyin olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































