Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın olduğu təyyarənin qəzaya uğramasının təfərrüatları məlum olub.
Qəzaya uğramamışdan bir neçə dəqiqə əvvəl təyyarə 180 dərəcə sərt dönüş edib və sonra 20 saniyə ərzində təqribən 300 metr aşağı enib.
Bütün bu müddətdə pilot Devid Aybbotson kömək üçün siqnal göndərib.
AAIB qeyd edib ki, təyyarənin tapılmış qalıqları onun qəzaya uğramamışdan əvvəl birdən sürət yığdığını və dik vəziyyətdə yerə düşdüyünü göstərir. Pilotun sonadək təyyarəyə nəzarəti əldə saxladığı və onu suya salacağına ümid etdiyi vurğulanır. Qəzanın səbəbi indiyədək də aydınlaşdırılır.
Qeyd edək ki, Emiliano Salanın olduğu təyyarə yanvarın 22-də qəzaya uğrayıb. Futbolçu uçuşdan əvvəl dostuna göndərdiyi mesajda təyyarənin yolda qəzaya düşəcəyindən qorxduğunu yazıb.Report
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































