Ötən gecə Bakıda tələbə qız dəm qazından boğulub.
Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.
Tələbənin ölümü ilə əlaqədar universitet başsağlığı verib: "Hadisə ilə bağlı tələbəmiz Aytən Camalovanın valideyni ilə əlaqə saxladıq. Hazırda tələbəmizin cənazəsi doğulduğu Tovuz rayonuna aparılır.
Tələbəmizin vaxtsız vəfatı bizi çox sarsıtdı. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Dillər Universitetinin professor-müəllim və tələbə heyəti adından tələbəmizin yaxınlarına dərin hüznlə başsağlığ veririk".(publika.az)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































