Bakıda orta məktəbin ayaqyolusuna kamera quraşdırılıb.
Bununla bağlı videogörüntünü şagirdlərdən biri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.
Araşdırma zamanı məlum oldu ki, kadrlar Bakıda, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə çəkilib.
Görüntülərdən aydın olur ki, məktəbdə ayaqyolu kabinələrinin də qapıları yoxdur.
Məsələni araşdırmaq üçün üz tutduq həmin məktəbə.
Direktor müavini Novruz İsmayılov bildirdi ki, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb. Ancaq həmin kamera heç vaxt işlək vəziyyətdə olmayıb. İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə isə, Novruz İsmayılov bildirdi ki, yuxarı siniflərdən bəzi şagirdlər orada siqaret çəkiblər. Şagirdləri bu vərdişdən yayındırmaq üçün bu üsulu seçiblər. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb.
Norvur İsmayılov bildirdi ki, həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkməyib. Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə isə, direktor müavini bildirildi ki, məktəb tikilən vaxtı orada qapı nəzərdə tutulmayıb.
Novruz İsmayılov bildirdi ki, qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































