Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər.
Kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını zədələyib. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.
Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.
Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəlдэк də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub. Report
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































