Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri baku.vvs-ə məlumat verib. Verilən məlumata görə, yol qəzası Bakı-Salyan yolunda qeydə alınıb.
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından baku.vvs- ə bildirilib ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın dərəyə yuvarlanıb. Hadisə yerinə həkim briqadaları göndərilib. Qəza zamanı yaralıların olduğu bildirilib. Hadisə barədə isə dəqiq məlumat həkimlər stansiyaya çatandan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.

Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































