Azərbaycanda şok: Oğrular 49 min dolları geri qaytardılar

Azərbaycanda şok: Oğrular 49 min dolları geri qaytardılar

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən Rayon Polis Şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə "Biz haram pul istəmirik" məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.

Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.

Araşdırmalar davam etdirilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az