Təyyarə qəzasında dünyasını dəyişən "Kardiff"in futbolçusu Emiliano Salanın ölüm səbəbi məlum olub.
Argentinalı hücumçu baş və bədənindən aldığı xəsarətlər nəticəsində ölüb.
Salanın cəsədi La Manş boğazının dibindəki təyyarə qırıntısından tapılıb. Onun kimliyi barmaq izlərinə əsasən, müəyyənləşdirilib.
Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, Sala yanvarın 19-u "Nant"dan "Kardiff"ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.Qol.az
|
|
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































