Şəmkirin sabiq polis rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şükür Mehdiyev vəfat edib.
O, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Şükür Mehdiyev 16 aprel 2015-ci ildə Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. Elə həmin il 4 may tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.
Qeyd edək ki, polkovnikin vəfat etməsi barədə xəbər yayılan kimi xəstəxanada təlaş yaranıb və xəbəri dəqiqləşdirməyən mənbələr sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyini düşünüblər. Daha sonra F.Məmmədovun sağ olduğu bildirilib. Azərbaycan24.com
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































