Fransanın "Nant" klubundan Uelsin "Kardif" klubuna transfer olunan Emiliano Salanın qəzaya uğradığı təyyarədən iki cəsəd çıxarılıb.
Cəsədlər tibbi ekspertizadan keçirildikdən sonra onların 59 yaşlı pilot David İbbotsona və futbolçu Emiliano Salaya məxsus olduğu dəqiqləşib.
Xatırladaq ki, Salanı yanvarın 22-si Fransadan Kardiffə aparan xüsusi təyyarə radardan itib. Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olub. Təyyarənin qalıqları 4 gün öncə boğazın 67 metr dərinliyində tapılıb.
Qeyd edək ki, 28 yaşlı Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi (15 milyon funt-sterlinq) kimi klub tarixinə düşmüşdü. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı.(qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































