Gürcüstanın Krtsanisi hərbi təlim mərkəzində insident baş verib.
İnsident zamanı çağırışçılardan 20 yaşlı Elcan Əfəndiyev huşunu itirib.
Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, mərkəzdə mübahisə yaranıb və emosional fonda çağırışçılardan biri özünü pis hiss edib və o, xəstəxanaya çatdırılıb. Qeyd olunub ki, çağırışçı travma almayıb və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacaq.
E.Əfəndiyevin yerləşdirildiyi Rustavi Şəhər Xəstəxanasından isə bildirilib ki, çağırışçı müalicəsini hərbi hospitalda davam etdirəcək.
Tibb müəssisəsindən qeyd olunub ki, pasiyent klinikaya saat 14:10-da daxil olub və onun üzərində heç bir xəsarət qeydə alınmayıb. Kompüter tomoqrafiyası da pasiyentdə hər hansı bir zədənin olduğunu müəyyən etməyib.
Yayılan digər məlumatlara əsasən, E.Əfəndiyev serjantı tərəfindən ağır formada döyülüb.(report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































