Bu ilin yanvar ayında Praqada 35 qızılcaya yoluxma halı qeydə alınıb.
Paytaxtda ötən ildən elan olunan epidemiya hələ də davam edir. O vaxt bu xəstəliyə tutulanların sayı 103 nəfər idi. Bu, Praqa Gigiyena Stansiyasının məlumatında göstərilir. 2018-ci il ərzində Çexiyada cəmi 207 yoluxma halı qeydə alınıb.
Həkimlər qızılcanın hava ilə ötürülən yoluxucu xəstəlik olduğunu və bu xəstəlik üçün ikihəftəlik karantinin tələb edildiyini xatırladırlar. Ötən həftə personalın bu xəstəliyə yoluxması nəticəsində ölkə parlamentinin aşağı palatasında restoran bağlanılıb.
Moraviya-Sileziya diyarında cari ilin yanvar ayında 10 yoluxma halı qeydə alınıb ki, bu da ötən il ərzindəkindən daha çoxdur. Çexiya ərazisində 1969-cu ildən başlayaraq uşaqlara qızılca əleyhinə məcburi peyvəndlər edilir. Bununla belə, xəstəliyə qarşı immunitet vaxt ötdükcə zəifləyir. (azərtac)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































